HuseLand

HuseLand-in alma bağı İsmayıllı rayonunda, dəniz səviyyəsindən təxminən 515 metr hündürlükdədir. Bağ intensiv sistemlə salınıb: ağaclar zəif boy verən M.9 calaqaltısı üzərindədir, cərgələr arası 3,5 m, ağaclar arası 0,9 m — hektara təxminən 3 175 ağac düşür. Belə bağ tez barverir, meyvəsi günəşi yaxşı alır və yığımı rahatdır.

HuseLand alma bağı, İsmayıllı — cərgədə məhsul
Bağımız, İsmayıllı

Bloklarımız

Blok Sahə
Fuji 3,4 ha
Gala 2,6 ha
Pink Lady (Rosy Glow) 1,88 ha
Yeni bağ (2025-ci ildə salınıb) 3,9 ha
Qutuda Gala (Qala) alması
Bağımızdan: qutuda Gala

Sortlarımız

Fuji (Zhen Aztec)

Fuji Zhen Aztec alması ağacda
  • Mənşə: Yaponiya, 1939
  • Dad və görünüş: xırtıldayan, şirəli, şirin, bir az turşməzə; tünd qırmızı klon
  • Yetişmə: gec

Gala

Gala alması ağacda, HuseLand bağı
  • Mənşə: Yeni Zelandiya
  • Dad və görünüş: bərk, xırtıldayan, şirin və ətirli
  • Yetişmə: payızın əvvəli

Granny Smith

Granny Smith yaşıl alması
  • Mənşə: Avstraliya
  • Dad və görünüş: yaşıl, iri, turşməzə, təravətləndirici
  • Yetişmə: gec

Pink Lady (Rosy Glow)

Qutularda Pink Lady (Rosy Glow) alması
  • Mənşə: Qərbi Avstraliya
  • Dad və görünüş: çəhrayı-qırmızı, uzun saxlanan
  • Yetişmə: çox gec

Story®

  • Dad və görünüş: tünd qırmızı; qara ləkəyə davamlı sort
  • Yetişmə: gec

Erkən və gec sortların birlikdə olması yığım və satış dövrünü uzadır. Fuji, Gala və Granny Smith bir-birini yaxşı tozlandırır.

Bağı necə becəririk

  • Bağdakı hava şəraiti hər gün izlənir; qara ləkə kimi xəstəliklərin riski hava məlumatı ilə hesablanır.
  • Dərmanlama yalnız ehtiyac olduqda, qeydiyyatlı preparatlarla aparılır və yığıma qədər gözləmə müddətinə əməl edilir.
  • Hər dərmanlama, gübrələmə və iş gündəliyə yazılır.
  • Ağaclar intensiv bağ qaydası ilə (Tall Spindle) budanır.

Satış

  • Satış mövsümü: noyabr – yanvar
  • Növlər: 1-ci sort, 2-ci sort, yeralması, sənaye (şirəlik)
  • Pərakəndə qiymətlər: Mağaza
  • Topdan alış: Topdan satış səhifəsi və ya telefon: +994 99 888 86 83
Səbət bağla

HuseLand Bağdan evə

İş saatları

© 2026 HuseLand. Bütün hüquqlar qorunur.